Xəzər dənizində növbəti yeraltı təkanlar qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 10:21-də baş verib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 25 kilometr olub.









