ağacəkmə aksiyası

Energetika Nazirliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Müşfiqabad qəsəbəsində təşkil edilmiş aksiyada ümumilikdə 1 hektar ərazidə 600-dən çox müxtəlif növ ağac tingləri əkilib. Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini bu sahəyə cəlb etmək və iştirakçılığını artırmaqla ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Energetika Nazirliyinin aparatı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və “Masdar” şirkətinin Azərbaycan ofisinin əməkdaşları iştirak edib.

Əvvəlki məqaləEgemen Bağış: COP tarixinin qızıl səhifələrindən biri Bakıda yazılacaq
Növbəti məqalədəBaş Mil-Muğan kanalında qanunsuz balıq ovlayan şəxs saxlanılıb