“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazaxda təmizlik aksiyası keçirilib

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar keçirilən kompleks tədbirlərin davamı olaraq, Baş Prokurorluğunun təşkilatçılığı ilə Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarının ətrafında təmizlik aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” şüarı altında keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin sağlamlaşdırılması, təmizliyə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə zibillənmənin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənib, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Əvvəlki məqaləSabah yağış yağacaq, külək əsəcək
Növbəti məqalədəCOP29-da xidmət göstərəcək 173 təcili tibbi yardım əməkdaşına ingilis dili təlimləri keçirilib