Samuxda ağacəkmə və təmizlik aksiyası

Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 aprel “Yer Gününə”nə həsr olunmuş tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, nazirliyin, icra hakimiyyətinin nümayəndələri, ekokönüllülər və rayon gəncləri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında ağac əkib, sonra Samux rayonunun Qarayeri qəsəbəsində çay kənarı ərazidə təmizlik aksiyası keçirərək ətrafı tullantılardan təmizləyiblər.

Tədbirin məqsədi ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə fəal iştirakını təmin etmək və dayanıqlı gələcəyimizi təmin etməkdən ibarətdir.

Əvvəlki məqaləBu il qar ehtiyatı çoxillik normadan az olub
Növbəti məqalədəSabah rayonlara yağış yağacaq, dolu düşəcək