ağacəkmə aksiyaları

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, ağacəkmə aksiyalarının keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, bu işi ümummilli hədəflərdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Əvvəlki məqaləBakı Şəhər İcra Hakimiyyəti ağacəkmə aksiyası keçirib
Növbəti məqalədə“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam edir