Yel çərşənbəsində Ahıllar evinin sakinləri ilə birgə ağac əkilib

Yel çərşənbəsində Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ƏSSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinlərini ziyarət edib.

Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müəssisənin həyətində nazirliklərin əməkdaşlarının, könüllülərin və ahıl vətəndaşlarımızın iştirakı ilə ağacəkmə tədbiri keçirilib, əraziyə müxtəlif növ ağaclar əkilib.

Əvvəlki məqaləMuxtar Babayev COP29-un əsas məqsədlərini açıqlayıb
Növbəti məqalədəSabah Bakıda yağış yağacaq