buzlaq

Yeni Zelandiyadakı buzlaqlar qlobal istiləşmə səbəbindən yox olmaq təhlükəsi ilə üzləşib.

AZƏRTAC The National Tribune saytına istinadla xəbər verir ki, alimlər Yeni Zelandiyada 1970-ci illərdən bəri mövcud olan buz xətlərinin fotoşəkillərini sənədləşdirərək onların əsasında buzlaqların həcminin necə dəyişdiyini göstərən 3D modeli hazırlayıblar.

Yeni Zelandiyanın Su və Atmosfer Tədqiqatları İnstitutunun məlumatına görə, 1970-ci illərin sonundan bəri ölkədəki buzlaqlar azı 13 trilyon litr su itirib.

Otaqo Universitetinin mütəxəssisləri hər il qar və buzun qalınlığını müəyyənləşdirmək, artım və azalmanın həcmini ölçmək üçün buzlaqlara xüsusi ötürücülər quraşdırırlar. Nəticədə dağlarda böyük buzlaqların qalınlığının azaldığı, kiçik buzlaqların isə sürətlə yox olduğu müəyyən edilib.

Əvvəlki məqaləQaçqınkom tərəfindən Zabuxda ağacəkmə aksiyası keçirilib
Növbəti məqalədəAcınohur düzünə növbəti dəfə ceyranlar buraxılıb