Yevlaxda ağacəkmə aksiyası

Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, gənclərin iştirakı ilə keçirilən aksiya zamanı Yevlax-Bərdə avtomobil yolunun kənarında 500-dən artıq Eldar şamı, kiparis, çinar ağacları əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Əvvəlki məqaləÇinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb
Növbəti məqalədəQubanın Xınalıq və Qrız kəndlərinə qar yağıb