sürət həddi

Hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Əvvəlki məqaləAzad edilmiş ərazilərdə 46 hektar sahədə ağac əkilib, 3150 kq toxum səpilib
Növbəti məqalədəNeft Daşlarında dalğanın hündürlüyü 2,5 metrə çatıb