İqlim dəyişikliyi dünyada görülən fövqəladə bir vəziyyətdir”.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Belçikanın Baş naziri Aleksandr de Kro deyib.
Onun sözlərinə görə, bu problemi həll etmək üçün addımlar atmaq lazımdır: “Xalis sıfır emissiyaya nail olmaq üçün gələcəyi “yaşıl sənaye” və quruculuq əsasında təmin etmək lazımdır”.
O həmçinin vurğulayıb ki, Belçika hazırda bərpa olunan enerji sektorunun inkişafına böyük diqqət yetirir.