Tacikistan Prezidenti Emoməli Rəhmon
Tacikistan Prezidenti Emoməli Rəhmon

“Tacikistan qlobal su və iqlim gündəliyinin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.

“Report” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“Ölkəmizdəki buzlaqların ümumi sayı 13 min təşkil edir və Mərkəzi Asiya sularının 60 faizinin mənbəyidir. Onlar son onilliklərdə həddindən artıq azalıb”, – o qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin su ilə bağlı digər öhdəliklərin həyata keçirilməsinə töhfə verəcəyinə əmindir.

Əvvəlki məqaləBelçikanın Baş naziri iqlim dəyişikliyi ilə mübarizə üçün hərəkətə keçməyə çağırır
Növbəti məqalədəBaş nazir: “Pakistan tullantıları azaltmağa dair ambisiyalarını gücləndirib”