Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar
Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar

“Pakistan hökuməti 2030-cu ilə qədər tullantıları azaltmaq məqsədinə nail olmaq üçün ambisiyalarını gücləndirib”.

“Report” xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

“İqlim dəyişikliyi bəşəriyyət üçün ekzistensial təhlükədir. Pakistan keçən il şiddətli daşqınlardan əziyyət çəkib. Qlazqoda keçirilən COP27 konfransında yenidən işlənmiş milli töhfələri təqdim edərək ambisiyalarımızı gücləndirdik”, – o bildirib.

Baş nazirin sözlərinə görə, bu il Pakistan bu məsələ ilə bağlı hərtərəfli milli plan təqdim edib, həmçinin iqlim və təbiətin qayğısına qalmaq təşəbbüsü ilə çıxış edib.

Əvvəlki məqaləEmoməli Rəhmon: “Qlobal su gündəliyinin həyata keçirilməsində əməkdaşlığın inkişafı üçün səylərimizi davam etdirəcəyik”
Növbəti məqalədəAzərbaycanın COP28-dəki pavilyonu Qarabağla bağlı haqq səsimizin daha geniş kütləyə çatdırılmasına imkan yaradacaq