Beynəlxalq Meşələr Günü

BMT-nin Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün 2012-ci ildən etibarən hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur. Meşələrin davamlı idarə edilməsi iqlim dəyişikliyi ilə mübarizədə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında mühüm rol oynayır.

Hər il Beynəlxalq Meşələr Günü müxtəlif mövzulara həsr olunur. Bu il Beynəlxalq Meşələr Günü bütün dünyada “Meşələr və innovasiya: daha yaxşı dünya üçün yeni həllər” devizi altında qeyd olunur.

Meşələr sağlamlığımız üçün suyu və havanı təmizləyir, iqlim dəyişikliyi ilə mübarizədə karbontutucu funksiyanı yerinə yetirir, rifahımızı yaxşılaşdırır.

Gəlin, bu qiymətli təbii sərvətimizi birlikdə qoruyaq!

Əvvəlki məqalə“Beynəlxalq Meşələr Günü” ilə əlaqədar maarifləndirici görüş keçirilib
Növbəti məqalədəMeşələrin İnkişafı Xidmətində təcrübə keçən tələbələr Şabran rayonunun meşə fondu torpağında keçirilən ağacəkmədə iştirak edib