Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbirlər

Bu gün regionlarda yerləşən bir çox məktəblərdə şagirdlərin ekoloji biliklərinin formalaşdırılmasına yönəlmiş maarifləndirici görüşlər keçirilib.

Göygöl Milli Parkının və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Texnologiya Universitetində, Şirvan Milli Parkının əməkdaşları Salyan rayon Şəkərli kənd ümumi orta məktəbində, Şahdağ Milli Parkının əməkdaşları Talıstan kənd tam orta məktəbində, Altıağac Milli Parkının əməkdaşları Xızı şəhər R.İsmayılov adına tam orta məktəbdə, Ağgöl Milli Parkının əməkdaşları Ağcabədi rayon Qaradolaq kənd 1 nömrəli tam orta məktəbdə, Qızılağac Milli Parkının əməkdaşları Lənkəran rayon Balıqçılar kənd orta məktəbində uşaqlarla görüşüb, təbiətə qayğı ilə yanaşmanın formalaşması məqsədilə onlarla söhbət aparıb, ətraf mühitin mühafizəsi, xüsusi mühafizə olunan təbiət əraziləri barədə uşaqlara ətraflı məlumat veriblər.

Əvvəlki məqaləZəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib
Növbəti məqalədə26 yanvar – Dünya Ekoloji Təhsil Günüdür