“Tacikistan qlobal su və iqlim gündəliyinin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirmək üçün səylərini davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.
“Ölkəmizdəki buzlaqların ümumi sayı 13 min təşkil edir və Mərkəzi Asiya sularının 60 faizinin mənbəyidir. Onlar son onilliklərdə həddindən artıq azalıb”, – o qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin su ilə bağlı digər öhdəliklərin həyata keçirilməsinə töhfə verəcəyinə əmindir.