Filippində daşqınlar və torpaq sürüşmələri

Filippinin cənubundakı Davao bölgəsində torpaq sürüşməsi və şiddətli daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası məlumat yayıb.

Şura Davao de Oro əyalətində 13, Davao şəhərində isə 2 nəfərin öldüyünü, azı 5 nəfərin yaralandığını bildirib.

Mindanao adasının Davao bölgəsindəki beş əyalətdə güclü yağışlar nəticəsində 83 mindən çox ailə və ya 349 mindən çox insan daşqın və torpaq sürüşmələrindən zərər çəkir.

Bazar ertəsindən cümə axşamına kimi yağan güclü leysan bölgədə daşqın və torpaq sürüşmələrinə səbəb olub.

Əvvəlki məqaləFransa uzun illərdir Aralıq dənizini çirkləndirir
Növbəti məqalədəAzərbaycanın dağ göllərindən biri olan Maralgöl donub