“Fukusima-1” AES

Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasından (AES) təmizlənmiş suyun okeana buraxılması dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə AES-in rəhbərliyi qərar qəbul edib. Lakin bu addımın səbəbi açıqlanmır.

Qeyd edək ki, bir neçə saat əvvəl atom elektrik stansiyasının yerləşdiyi ərazidə 5,8 maqnitudalı zəlzələ baş verib. Yaponiya rəsmiləri yeraltı təkanların AES-lərin işinə təsir etmədiyini bildirib. Bütün stansiyalar adi rejimdə işləyir.

Əvvəlki məqaləBölgələrdə hava dəyişəcək, dağlıq rayonlarda qar yağacaq
Növbəti məqalədəBMT-nin proqram rəhbəri: Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox fəaliyyət gözləyirik