“Go Eco-Friendly” adlı tədbir

23 avqust tarixində COP29 Məlumat Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Dənizkənarı Milli Parkda “Go Eco-Friendly” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində paytaxt sakinləri plastik, kağız və işlənmiş batareya tullantılarını təhvil verərək öz ekoçantalarını dizayn etmək imkanı əldə edib, plastik torbalardan istifadənin azaldılmasını təşviq etmək məqsədilə ekoçantaların üzərində müxtəlif rəsmlər çəkiblər. Eyni zamanda, viktorina keçirilib, tullantıların idarə olunmasına dair sualları düzgün cavablandıran şəxslərə hədiyyələr verilib.

Əvvəlki məqaləNövbəti iki gündə bəzi bölgələrdə isti hava şəraiti gözlənilir
Növbəti məqalədəÜmumrespublika Təmizlik Marafonu davam edir