zəlzələ

Gürcüstanın Raça-Leçxumi-Kvemo Svaneti bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, zəlzələ Tbilisidən 260 kilometr aralıda qeydə alınıb.

Zəlzələnin episentri Amblouri şəhəri yaxınlığındakı Biji kəndi ərazisində 13 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss edilib.

Bölgənin qubernatoru Papuna Marqvelidze bildirib ki, zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.

Əvvəlki məqaləKüləyin sürəti saniyədə 25 metrədək güclənəcək
Növbəti məqalədəYaxın üç gün ərzində ölkədə güclü külək əsəcək