Xəzər qızılbalığı

Yenikənd Nərə Damazlıq Təsərrüfatı Xəzərin Neftçala sahillərində ilk dəfə olaraq dənizə 300 ədəd Xəzər qızılbalığı buraxıb.

“Report”un Aran bürosunun məlumatına görə, balıqlar Qəbələ rayonunda yetişdirilib.

Balıqların çəkisi 180 qramdır.

Qeyd edək ki, bu balıq növü “Qırmızı kitab”a düşüb. Xəzər qızılbalığı keçici balıqdır, əsasən Kür çayında kürü tökür. Balıq körpələri əsasən 1.5 – 2 il ərzində şirinsulu çaylarda yaşayır və sonra isə dənizə keçirlər.

Əvvəlki məqaləEkologiya və təbii sərvətlər naziri Şəmkirdə vətəndaşları qəbul edib
Növbəti məqalədəSabah yağış yağacaq, külək əsəcək