Özbəkistan Prezidenti Şavkat Mirziyoyev
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

Özbəkistan Prezidenti yanında İqlim Şurası yaradılacaq.

“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, Prezident Şavkat Mirziyoyev bununla bağlı müvafiq fərman imzalayıb.

Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.

Şuranın əsas vəzifələri Özbəkistanın BMT-nin İqlim Dəyişmələri üzrə 1992-ci il tarixli Çərçivə Konvensiyası və 2015-ci il tarixli Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirməsinin monitorinqindən ibarət olacaq.

Əvvəlki məqaləİordaniyanın Azərbaycandakı səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb
Növbəti məqalədəNaxçıvanda biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlər icra olunur