Şirvan şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, xidmət təşkilatlarının kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhərin Heydər Əliyev parkında və Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkındakı “Zəfər abidəsi” ətrafında keçirilən ağacəkmə aksiyasında ümumilikdə 500-dən artıq həmişəyaşıl və müxtəlif növ ağaclar əkilib, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.