ağacəkmə aksiyaları

Siyəzən rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyalarında 12 minə yaxın ağac əkiləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günədək keçirilən aksiyalar zamanı Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən ərazisindən keçən hissəsinin kənarlarında və rayonun bir çox yaşayış məntəqəsində yerli iqlim şəraitinə uyğun ağac tingləri əkilib.

Oktyabrın 18-dən başlayan aksiyada indiyədək 4 minə yaxın ağac əkilib. Aksiya oktyabrın 27-dək davam edəcək.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.

Əvvəlki məqaləSamuxda 12 minədək ağac əkiləcək
Növbəti məqalədəBMT rəsmisi Quterreşin COP29-da iştirakını təsdiqləyib