Tayvan

Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 97 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Zəlzələ nəticəsində bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir. Hazırda axtarış işləri aparılır. Ölü və yaralı sayının çoxalması ehtimalı var.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib. Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub. Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.

Əvvəlki məqaləKonqo Demokratik Respublikasının naziri ilə COP29-la bağlı fikir mübadiləsi aparılıb
Növbəti məqalədəTayvanın şərq sahillərində güclü zəlzələdən sonra sunami Yonaquni adasına çatıb