Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakıda Türk Dünyası II Meteorologiya Forumu

Forum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanda iqlim dəyişmələrinə milli uyğunlaşma Planının hazırlanması çərçivəsində təşkil olunub.

Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak ediblər.

Forumda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Mehmet Özhaseki, Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev (onlayn), Özbəkistan Respublikasının ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov (videomesaj), Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Alessandra Rokkasalvo (video-mesaj), İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin sədri Jim Skea (video-mesaj) çıxış ediblər.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsi olub.

Forumda, həmçinin Türk Dünyası III Meteorologiya Forumunun Özbəkistanda keçirilməsi qərara alınıb.
Əvvəlki məqalə“Tullantıları tinglərə dəyiş” aksiyası çərçivəsində vətəndaşlara 200 ədəd ting verilib
Növbəti məqalədəOğuzda qanunsuz kömür istehsal edən şəxs barəsində qanunamüvafiq tədbir görülüb