qızılbalıq körpəsi

Balıq populyasiyasının bərpasına və su bioresurslarının qorunmasına dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu, Sahil qəsəbəsi akvatoriyasına növbəti dəfə balıq körpələri buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, balıq körpələrinin buraxılışı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib.

A.Babayevanın sözlərinə görə, tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 30 min ədəd Xəzər qızılbalığı körpəsi buraxılıb.

Əvvəlki məqaləYüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır
Növbəti məqalədəMEDİA-nın dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayıb